Bir il yarım ərzində neftin bir barelinin qiyməti 100 ABŞ dollarına qədər artacaq.
“Report”un "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu misirli milyarder, “Orascom Telecom Media and Technology” holdinqinin rəhbəri Naqib Saviris CNBC televiziyasına müsahibəsində bildirib.
“Mən, həqiqətən, inanıram ki, 18 aydan sonra neftin qiyməti 100 dollar/barelə çatacaq”, - o bildirib.
Onun fikrincə, Rusiya və Səudiyyə Ərəbistanı bazardan ABŞ şist nefti istehsalçılarını çıxarmaq üçün qiymət müharibəsinə başlayıblar.
Saviris qeyd edib ki, Moskva və Ər-riad “qara qızıl”ın qiymətinin düşəcəyini bilirdilər, ancaq “rəqibi öldürmək” üçün vəziyyəti çətinləşdirdilər, sonradan da neftin bir barelinin qiymətinin 50 və 60 ABŞ dolları olacağını gözləyiblər. “Hesab edirəm ki, bu hesablanmışdı”, - o bildirib.