OPEK neftin hazırkı qiymətinə görə fövqəladə toplantı keçirəcək

OPEK neftin hazırkı qiymətinə görə fövqəladə toplantı keçirəcək Emmanuel İbe Kaçikva: "Dünya bazarında neftin hazırkı qiyməti görüşün keçirilməsini zəruri edib"
Energetika
12 Yanvar , 2016 12:39
OPEK neftin hazırkı qiymətinə görə fövqəladə toplantı keçirəcək

Bakı. 12 yanvar. REPORT.AZ/ Neft İxrac edən Ölkələr Təşkilatı (OPEK) martın əvvəlində fövqəladə toplantı keçirəcək.

"Report" "France Press"ə istinadən xəbər verir ki, bunu OPEK-in sədri, Nigeriyanın neft naziri Emmanuel İbe Kaçikva bildirib.

Onun sözlərinə görə, görüşün keçirilməsində əsas məqsəd qiymət siyasətini və fəaliyyət strategiyasını yenidən nəzərdən keçirməkdir. Görüş OPEK-ə üzv olan bir neçə dövlətin müraciəti əsasında keçiriləcək. 

Təşkilat sədri deyib ki, dünya bazarında neftin hazırkı qiyməti görüşün keçirilməsini zəruri edib.  

Son xəbərlər

Orphus sistemi