Neft yenidən bahalaşıb

Neft yenidən bahalaşıb İrandan gələn xəbərlər fonunda dünən qiyməti 2%-dən çox düşmüş neft yenidən bahalaşıb. Bazarlar tədarük perspektivlərini qiymətləndirməkdə davam edir.
Energetika
4 Mart , 2022 10:46
Neft yenidən bahalaşıb

İrandan gələn xəbərlər fonunda dünən qiyməti 2%-dən çox düşmüş neft yenidən bahalaşıb. Bazarlar tədarük perspektivlərini qiymətləndirməkdə davam edir.

“Report” birjalara istinadən xəbər verir ki, “Brent” markalı neftin may fyuçersləri 1,93% bahalaşaraq, 112,59 ABŞ dollarına satılıb. WTI neftinin aprel fyuçerslərinin qiyməti isə 2,29% artaraq, 1 bareli 110,14 ABŞ dolları təşkil edib.

İran neftinin bazara qayıtması gözləntiləri fonunda dünən neft 2%-dən çox bahalaşıb. Buna Ağ Evin İran ilə nüvə danışıqlarının son mərhələdə olduğu, İranın Neft Nazirliyinin isə yaxın zamanlarda neft ixracını artırmaq niyyəti barədə bəyanatları səbəb olub.

Ekspertlər hesab edirlər ki, Rusiyadan tədarüklə bağlı narahatlığın səbəb olduğu qiymət artımı hər hansı qiymət azalmasını kompensasiya etməlidir.

Son xəbərlər

Orphus sistemi