Neft tələblə bağlı narahatlıqlar səbəbindən 1 %-dən çox ucuzlaşıb

Neft tələblə bağlı narahatlıqlar səbəbindən 1 %-dən çox ucuzlaşıb Koronavirus pandemiyası şəraitində tələblə bağlı narahatlıqlar dünya bazarında neftin ucuzlaşmasına səbəb olub
Energetika
16 Avqust , 2021 11:22
Neft tələblə bağlı narahatlıqlar səbəbindən 1 %-dən çox ucuzlaşıb

Koronavirus pandemiyası şəraitində tələblə bağlı narahatlıqlar dünya bazarında neftin ucuzlaşmasına səbəb olub.

Report” “Prime” agentliyinə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 9.07-yə olan məlumata görə, Şimal dənizində hasil olunan “Brent” neftinin oktyabr fyuçersləri 1,05 % ucuzlaşaraq, 1 bareli 69,85 ABŞ dollarına satılıb. WTI neftinin sentyabr fyuçerslərinin qiyməti isə 1,08 % aşağı düşərək, 1 bareli 67,71 ABŞ dolları təşkil edib.

Davam etməkdə olan koronavirus pandemiyası şəraitində tələblə bağlı narahatlıqlar neft qiymətlərinə təzyiq göstərir. Belə ki, bir sıra ölkələrdə yoluxma səviyyəsinin yenidən artmağa başlaması hökumətləri əhalinin hərəkətinə yeni məhdudiyyətlər tətbiq etməyə məcbur edib.

Son xəbərlər

Orphus sistemi