Neft təklifin artım perspektivləri fonunda ucuzlaşıb

Neft təklifin artım perspektivləri fonunda ucuzlaşıb ABŞ və İran arasında nüvə sazişi ilə bağlı danışıqların davam etdiyi bir zamanda təklifin artım perspektivləri fonunda neft ucuzlaşıb.
Energetika
18 Fevral , 2022 10:59
Neft təklifin artım perspektivləri fonunda ucuzlaşıb

ABŞ və İran arasında nüvə sazişi ilə bağlı danışıqların davam etdiyi bir zamanda təklifin artım perspektivləri fonunda neft ucuzlaşıb.

“Report” birja məlumatlarına istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin aprel fyuçersləri 0,6% ucuzlaşaraq, 1 bareli 92,41 ABŞ dollarına satılıb. WTI neftinin mart fyuçerslərinin qiyməti isə 0,74% aşağı düşərək, 1 bareli 91,06 ABŞ dolları təşkil edib.

Neft investorları ABŞ və İran arasında nüvə sazişi ilə bağlı danışıqların davam etdiyi bir zamanda “qara qızıl” bazarında təklifin artması perspektivlərini qiymətləndirirlər.

Bundan başqa, treyderlər “Baker Hughes” şirkətinin bu həftə ABŞ-da aktiv neft buruqlarının sayı ilə bağlı açıqlayacağı həftəlik statistikanı gözləyirlər. Ötən həftə buruqların sayı 6 ədəd artaraq, 516-ya çatıb.

Son xəbərlər

Orphus sistemi