Bakı. 13 mart. REPORT.AZ/ “Neft Daşları” yatağındakı 2150 nömrəli meydançadan 2366 nömrəli quyuda qazma işləri davam etdirilir.
“Report” SOCAR-a istinadən xəbər verir ki, “Azneft” İstehsalat Birliyi “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməkiüstü Qumlu Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 1 780 metrdir.
Geoloqların hesablamalarına əsasən, quyudan gündə 10 ton neft hasil olunacağı nəzərdə tutulur.