“Neft Daşları” yatağında yeni quyu qazılır

“Neft Daşları” yatağında yeni quyu qazılır Quyudan sutkada 10 ton neft hasil olunacağı nəzərdə tutulur
Energetika
24 Fevral , 2016 13:08
“Neft Daşları” yatağında yeni quyu qazılır

Bakı. 24 fevral.REPORT.AZ/ “Neft Daşları” yatağındakı 1954A saylı meydançadan 2688 nömrəli quyuda qazma işlərinə başlanılıb.

"Report" Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətinə istinadən xəbər verir ki, “Azneft” İstehsalat Birliyi “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Qala Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 1600 metrdir.

Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 10 ton neft hasil olunacağı nəzərdə tutulur. 

Son xəbərlər

Orphus sistemi