​“Neft Daşları”ndakı 1773 nömrəli estakadayanı meydança əsaslı təmir edilib

​“Neft Daşları”ndakı 1773 nömrəli estakadayanı meydança əsaslı təmir edilib Bundan əlavə, 30 ədəd svay vurulub, 20 ədəd rigel, 24 ədəd fəza ferması və 1 ədəd minik meydançası quraşdırılıb
Energetika
3 Mart , 2015 19:04
​“Neft Daşları”ndakı 1773 nömrəli estakadayanı meydança əsaslı təmir edilib

Bakı. 3 mart. REPORT.AZ/ “Neft Daşları” yatağında yerləşən 1773 nömrəli meydançada əsaslı təmir işləri başa çatdırılıb. 

SOCAR-ın İctimaiyyətlə əlaqələr Departamentindən "Report"a verilən məlumata görə, meydançadakı hasilat quyularının səmərəliliyinin artırılması, eləcə də burada yerləşən texnoloji avadanlıqların təhlükəsizliyinin təmin edilməsi məqsədilə aparılan təmir işləri zamanı korroziyaya uğramış metal-konstruksiyalar və yararsız vəziyyətə düşmüş dəmir-beton plitələr yenisi ilə əvəz olunub.

Bundan əlavə, 30 ədəd svay vurulub, 20 ədəd rigel, 24 ədəd fəza ferması və 1 ədəd minik meydançası quraşdırılıb. Ümumiyyətlə, 1190 kvadratmetr sahəni əhatə edən meydançanın 1154 kvadratmetrlik hissəsi əsaslı təmir edilib. Təmir işləri “Neftqaztikinti” Trestinin 4 saylı Tikinti-Quraşdırma İdarəsi tərəfindən həyata keçirilib.

Qeyd edək ki, 1974-cü ildən istismara verilən, dənizin 21 metr dərinliyində yerləşən 1773 nömrəli estakadayanı meydançada 4 hasilat quyusundan sutkada 25 tona yaxın neft və 2000 kubmetr qaz hasil olunur.

Son xəbərlər

Orphus sistemi