Neft ABŞ-da ehtiyatların azalmasına görə bahalaşır

Energetika
  • 30 dekabr, 2020
  • 07:08
Neft ABŞ-da ehtiyatların azalmasına görə bahalaşır

Dünya bazarında neft qiymətləri çərşənbə günü səhər saatlarında mülayim qaydada bahalaşır, Amerika Neft İnstitutunun (API) ABŞ-da neft ehtiyatlarında bir həftə ərzində xeyli azalma olduğuna dair məlumatları qiymət artımına müsbət təsir göstərib.

“Report” “Prime”a istinadən xəbər verir ki, bunu sövdələşmə məlumatları göstərir.

Belə ki, Bakı vaxtı ilə səhər saat 08:21-ə olan məlumata görə, “Brent” markalı neftin mart fyuçerslərinin qiyməti 0,35% artaraq bir barelə görə 51,41 ABŞ dollarına, WTI markalı neftin fevral fyuçersləri isə 0,52% dəyər qazanaraq bir barel üçün 48,25 ABŞ dollarına çatıb. Eyni zamanda, “Brent”in fevral fyuçersləri 0,39% bahalaşaraq bir barel üçün 51,29 ABŞ dollarına yüksəlib.

Qeyd edək ki, çərşənbə gününə keçən gecə API dekabrın 25-i bitən həftə üçün ABŞ-ın neft ehtiyatlarında 4,8 milyon barel azalma olduğunu açıqlayıb.

Neft qiymətlərini zəif dollar da dəstəkləməyə davam edir. Dollar indeksi (ABŞ-ın əsas ticarət tərəfdaşları olan altı ölkənin valyuta səbətinə qarşı dolların məzənnəsi) 90 bənddən aşağı düşərək inişildən bəri ən aşağı səviyyədə qalır. Zəif dollar başqa valyutada neft alışını daha əlverişli edir.

ABŞ Energetika Nazirliyinin ölkədəki neft ehtiyatlarına dair rəsmi məlumatları axşam saatlarında dərc olunacaq. Analitiklərin fikrincə, nazirlik bu göstəricidə 2,6 milyon barel azalma olduğunu bildirəcək. Bununla da keçən həftə 15 milyon barel artımdan sonra (4 dekabrda bitən həftə üçün) ardıcıl üçüncü azalma həftəsi ola bilər.

Son xəbərlər

Bütün Xəbər Lenti