Nazir: “TANAP Türkiyə-Azərbaycan qardaşlığının gələcək nəsillərə hədiyyəsidir”

Nazir: “TANAP Türkiyə-Azərbaycan qardaşlığının gələcək nəsillərə hədiyyəsidir” TANAP Türkiyə-Azərbaycan qardaşlığının gələcək nəsillərə hədiyyəsidir.
Energetika
30 Noyabr , 2019 15:50
Nazir: “TANAP Türkiyə-Azərbaycan qardaşlığının gələcək nəsillərə hədiyyəsidir”

"TANAP Türkiyə-Azərbaycan qardaşlığının gələcək nəsillərə hədiyyəsidir". 

“Report” xəbər verir ki, bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməz İpsalada TANAP-ın Avropa bağlantısının açılış mərasimində bildirib.

O deyib ki, TANAP iki ölkənin əməkdaşlığını yeni ölkələrə  daşıyacaq: “Enerjinin İpək yolu olan TANAP tarixi İpək yolunun missiyasını enerji ilə davam etdirir. Cənub Qaz Dəhlizinin 1850 km-lik Türkiyə yolçuluğu sona çatır və qazın Avropa yolçuluğu başlayır. Avropaya qaz nəqli üçün hazırlıq sona çatıb, bundan sonrakı hissəni Avropalı dostlarımıza ötürürük”.

Nazir qeyd edib ki, ötən ilin iyun ayından Türkiyəyə TANAP-la 3 milyard kubmetrdən çox qaz nəql edilib.

Son xəbərlər

Orphus sistemi