Nazir: “Rusiya neft hasilatının azaldılmasını müzakirə edəcək”

Nazir: “Rusiya neft hasilatının azaldılmasını müzakirə edəcək” Bakı. 7 dekabr. REPORT.AZ/ Rusiya neft hasilatının azaldılmasını müzakirə edəcək.
Energetika
7 Dekabr , 2018 14:59
Nazir: “Rusiya neft hasilatının azaldılmasını müzakirə edəcək”
0 : 00
0 : 00

Bakı. 7 dekabr. REPORT.AZ/ "Rusiya neft hasilatının azaldılmasını müzakirə edəcək".

“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə bu ölkənin energetika naziri Aleksandr Novak Vyanada jurnalistlərə bildirib.

"Rusiya hasilatı azaltmağı müzakirə etməyə hazırdırmı" sualına nazir “danışıqlar aparacağıq” cavabını verib.

“Reuters” agentliyinin məlumatına görə, Rusiya gündəlik hasilatı 200 min barel azaltmağa razı ola bilər.

Qeyd edək ki, OPEC+ sazişinə qoşulan ölkələr dekabrın 5-dən gələn il üçün hasilatın azaldılması imkanlarını müzakirə edirlər.

Bu gün yeni sazişin imzalanması gözlənilir.

Son xəbərlər

Orphus sistemi