Yuxarı

Natiq Əliyev: "Əmək haqlarının gecikməsi yığımla bağlıdır"

Yığım Azərişıqdan asılıdır

Bakı. 20 oktyabr. REPORT.AZ/ "Azərenerji" işçilərinin əmək haqlarının gecikməsi elektrik enerjisindən istifadəyə görə yığımın gecikməsi ilə bağlıdır. "Report" xəbər verir ki, bu barədə energetika naziri Natiq Əliyev jurnalistlərə bildirib.

O qeyd edib ki, yığım "Azərişıq"dan asılıdır. 

"Azərişıq" elektrik enerjisindən istifadəyə görə, paylayıcı şəbəkələrdən vəsaitləri yığır və onu da "Azərenerji"yə köçürür. "Azərenerji" də bununla əmək haqlarını və digər ehtiyaclarını ödəyir. Yəni bunlar zəncirvaridir. Əgər elektrik enerjisindən istifadəyə görə, tam vaxtlı vaxtında, tam şəkildə ödəniş olsa, burada problem olmaz", - o bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi