"Morgan Stanley" neftin qiymət proqnozunu aşağı salıb

"Morgan Stanley" neftin qiymət proqnozunu aşağı salıb Bakı. 6 noyabr. REPORT.AZ/ Təchizatların gözlənilən həcmdən artıq olmağa davam etməsi ilə əlaqədar Morgan Stanleyin analitikləri 2019-cu il üçün etalon markalara malik neftin qiymət proqnozunu aşağı salıblar.
Energetika
6 Noyabr , 2018 16:02
Morgan Stanley neftin qiymət proqnozunu aşağı salıb

Bakı. 6 noyabr. REPORT.AZ/ Təchizatların gözlənilən həcmdən artıq olmağa davam etməsi ilə əlaqədar "Morgan Stanley"in analitikləri 2019-cu il üçün etalon markalara malik neftin qiymət proqnozunu aşağı salıblar.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, indi ekspertlər "Brent" markalı neftin bir barelinin bu ilin dördüncü rübündən 2019-cu ilin üçüncü rübünün sonuna qədər əvvəlcədən proqnozlaşdırıldığı kimi, 85 dollar yox, orta hesabla 77,5 dollar təşkil edəcəyini, gələn ilin oktyabr-dekabr aylarında isə 80 dollar (daha əvvəl 87 dollar proqnozlaşdırılıb - red.) olacağını düşünürlər.

WTI markalı neftlə bağlı ilk proqnoz bir barrel üçün 70 dollar səviyyəsindən 68,5 dollara düşübsə, ikinci proqnoz 80,5 dollar/bareldən 71 dollar/barelə düşüb.

Son xəbərlər

Orphus sistemi