Bakı. 24 avqust. REPORT.AZ/ Monteneqronun Trans-Adriatik Boru Kəməri (TAP) layihəsinə qoşulması məsələsi avqustun sonunda Vyanada (Avstriya) Balkan ölkələrinin rəsmilərinin görüşündə müzakirə ediləcək. "Report" xəbər verir ki, bu barədə Monteneqronun "Dnevne Novine" gündəlik qəzeti məlumat yayıb.
Qəzetin məlumatına görə, bu kəmərin tikintisi təkcə Monteneqro deyil, bütün region ölkələri üçün əhəmiyyətlidir: "Monteneqro TAP-ın qolu ilə əlaqələndiriləcək".
Qeyd edək ki, Adriatik-İon dənizləri Qaz Kəmərinin Bosniya və Herseqovina və Monteneqro vasitəsilə Xorvatiyadan Albaniyaya çəkilməsi üçün 700 mln. avro tələb olunur.
Xatırladaq ki, TAP layihəsində BP,