Moldovada qazın bahalaşması ilə bağlı kompensasiyalar artırılıb

Moldovada qazın bahalaşması ilə bağlı kompensasiyalar artırılıb Moldova parlamenti qazın bahalaşması ilə əlaqədar şəhərlərdə mərkəzləşdirilmiş istilik xidmətlərinin ödənilməsinə görə kompensasiyaları artırıb.
Energetika
22 Yanvar , 2022 06:26
Moldovada qazın bahalaşması ilə bağlı kompensasiyalar artırılıb

Moldova parlamenti qazın bahalaşması ilə əlaqədar şəhərlərdə mərkəzləşdirilmiş istilik xidmətlərinin ödənilməsinə görə kompensasiyaları artırıb.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

Yanvar ayından tarif kompensasiyası 67 %-dən 80 %-ə qədər artırılacaq. Beləliklə, istilik enerjisi üçün hesab üzrə kompensasiyanın maksimal məbləği ayda 450 leidən 815 leyə qədər artacaq (45 ABŞ dollarından çox).

Ötən ilin sonunda qazın qiymətinin iki dəfə artırılmasından sonra Moldova hökuməti də qaz tarifindəki fərqin təxminən 30 %-i üçün kompensasiya tətbiq edib. Lakin bu dəstək tədbiri ayda 150 kubmetr həcmində istehlaka şamil edilir, ondan yuxarı istehlak tam olaraq sakinlər tərəfindən ödənilir.

2022-ci ilin yanvarında Moldovanın "Qazprom"dan aldığı qazın qiyməti min kubmetr üçün təxminən 450 ABŞ dollarından 647-yə qalxıb.

Son xəbərlər

Orphus sistemi