MOL şirkətinin Azərbaycanda gündəlik neft hasilatı 13 min barelə yaxınlaşıb

Energetika
  • 15 may, 2024
  • 12:37
MOL şirkətinin Azərbaycanda gündəlik neft hasilatı 13 min barelə yaxınlaşıb

Macarıstanın MOL şirkətinin Azərbaycanda gündəlik hasilat səviyyəsi 2024-cü ilin birinci rübündə 12,8 min barel neft ekvivalenti təşkil edib.

"Report" bu barədə şirkətin məlumatlarına istinadən xəbər verir.

“MOL şirkətinin Azərbaycan Azəri-Çıraq-Günəşli (AÇG) yataqlar blokunda gündəlik hasilat səviyyəsi birinci rübdə 12,8 min barel təşkil edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 14,7 % (2,2 min barel) aşağıdır”, - məlumatda qeyd edilib.

MOL-un 2024-cü ilin birinci rübündə ümumi hasilatı 92,3 min barel neft ekvivalenti təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 3,8 % azdır. Eyni zamanda, bu, 2023-cü ilin dördüncü rübünün göstəricisindən 0,9 % çoxdur.

Hazırda MOL-un AÇG layihəsində payı 9,57 %, Bakı-Tbilisi-Ceyhan neft kəmərində isə 8,9 % təşkil edir.

Son xəbərlər

Bütün Xəbər Lenti