Yuxarı
    Bağlamaq

    Mixail Qutsireyev "Rusneft" şirkətinin rəhbəri vəzifəsini tərk edib

    Qutsireyevin yerinə Rusya Energetika Nazirinin keçmiş müavini Oleq Qordeyev tutub

    Bakı. 20 Fevral. REPORT.AZ/ Tanınmış Rusiyalı sahibkar Mixail Qutsireyev qurucusu və rəhbəri olduğu "Rusneft" şirkətinin presidenti vəzifəsini tərk edib.

    "Report" TASS Agentliyinə istinadla xəbər verir ki, M.Qutsireyevin yerinə 2001-2004-cü illərdə Rusya Energetika Nazirinin müavini vəzifəsini icra etmiş Oleq Qordeyev təyin edilib.

    Qeyd edək ki, Moody's agentliyi ötən gün Rusiyanın 3-cü ən böyük neft şirkəti hesab olunan "Rusneft"-in reytinqini Ba3-dən B2-dək aşağı salıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi