Mikayıl Cabbarov: “SOCAR usanmadan innovasiyalara doğru gedir”

Mikayıl Cabbarov: “SOCAR usanmadan innovasiyalara doğru gedir” Bu kimi sənayelərdə həqiqətən bu kimi layihələr nadir hallarda baş verir. Bu yaxınlarda Beynəlxalq Enerji Agentliyinin (İEA) ən yaxşı həll yollarını tətbiq etməklə xammalın 40 % azaldılması ilə istehsalın 30 % artırılmasına səbəb olub
Energetika
10 Oktyabr , 2024 10:55
Mikayıl Cabbarov: “SOCAR usanmadan innovasiyalara doğru gedir”
Mikayıl Cabbarov

Milli çempion olan Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) da heç şübhəsiz qətiyyətlə, usanmadan innovasiyalara doğru gedir.

"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov "PAŞA Holdinq" MMC-nin təşkilatçılığı ilə Bakıda keçirilən “INMerge” Innovasiya Sammitində bildirib.

Onun sözlərinə görə, Dünya İqtisadi Forumunda da qeyd edildiyi kimi, rəqəmsallaşma və transformasiya ilə bağlı dəyişikliklər özünün neft-kimya sənayelərində, emal sənayelərində keçirilməkdədir: "Bu kimi sənayelərdə həqiqətən bu kimi layihələr nadir hallarda baş verir. Bu yaxınlarda Beynəlxalq Enerji Agentliyinin (İEA) ən yaxşı həll yollarını tətbiq etməklə xammalın 40 % azaldılması ilə istehsalın 30 % artırılmasına səbəb olub”.

Son xəbərlər

Orphus sistemi