Mikayıl Cabbarov neftçiləri peşə bayramı münasibəti ilə təbrik edib
Mikayıl Cabbarov neftçiləri peşə bayramı münasibəti ilə təbrik edibİqtisadiyyat naziri, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının sədri Mikayıl Cabbarov neftçiləri peşə bayramı münasibəti ilə təbrik edib
İqtisadiyyat naziri, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının sədri Mikayıl Cabbarov neftçiləri peşə bayramı münasibəti ilə təbrik edib.
“Report” verir ki, bu barədə nazir özünün "X" hesabında paylaşım edib.
M. Cabbarov neftçilərə bu əhəmiyyətli töhfələr üçün təşəkkür edib, möhkəm cansağlığı və uğurlar arzulayıb.
"Əziz neftçilər, peşə bayramınızı təbrik edirik. Azərbaycan iqtisadiyyatının inkişafında mühüm rolu olan neft strategiyasının həyata keçirilməsində hər birinizin fədakar əməyi və zəhməti əvəzedilməzdir", - deyə nazir qeyd edib.
Əziz neftçilər,#Peşəbayramı-nızı təbrik edirik. #Azərbaycan#iqtisadiyyat-ının inkişafında mühüm rolu olan #neft strategiyasının həyata keçirilməsində hər birinizin fədakar əməyi və zəhməti əvəzedilməzdir. Bu əhəmiyyətli töhfələr üçün hər birinizə təşəkkür edir, möhkəm… pic.twitter.com/vyjLZYN43r