Meksikada benzinin qiymətinin qalxması ilə bağlı kütləvi etirazlar başlayıb

Energetika
  • 03 yanvar, 2017
  • 02:16
Meksikada benzinin qiymətinin qalxması ilə bağlı kütləvi etirazlar başlayıb

Bakı. 3 yanvar. REPORT.AZ/ Meksikada benzinin qiymətinin qalxması ilə bağlı kütləvi etirazlar başlayıb. “Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, 500-ə yaxın insan kütləvi etirazlara qoşulub.

Yerli “Opinion” qəzeti bildirir ki, etiraz aksiyası sosial şəbəkələrdəki çağırışlarla təşkil olunub.

Qeyd edək ki, ötən gün Meksika hökuməti yanacağın qiymətinin 14-20% arası qalxması ilə bağlı qərar qəbul edib.