Meksika Azərbaycanla neft-qaz sahəsində əməkdaşlığa başlamaq istəyir

Meksika Azərbaycanla neft-qaz sahəsində əməkdaşlığa başlamaq istəyir Bakı. 30 may. REPORT.AZ/ Beynəlxalq Xəzər Neft və Qaz sərgisi artıq 25-ci dəfə keçirilir və bu regionun dünyanın enerji məkanına uyğunluğunu göstərir.
Energetika
30 May , 2018 14:42
Meksika Azərbaycanla neft-qaz sahəsində əməkdaşlığa başlamaq istəyir
Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardin / Report
0 : 00
0 : 00

Bakı. 30 may. REPORT.AZ/ "Beynəlxalq Xəzər Neft və Qaz sərgisi artıq 25-ci dəfə keçirilir və bu regionun dünyanın enerji məkanına uyğunluğunu göstərir".

Bunu "Report"a açıqlamasında Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini deyib.

"Sərgi maraqlıdır və geniş iştirakçı kütləsinə malikdir. Orada təkcə neft hasilatı ilə məşğul olan deyil, eyni zamanda neft avadanlığı və xidmətləri təklif edən şirkətlər də iştirak edir", - səfir qeyd edib.

Onun sözlərinə görə, sərgidə Meksika Neft İnstitutunun öz stendi ilə iştirak etməsi vacibdir: "Bu, onu göstərir ki, Meksika artıq burdadır. Hazırda iki ölkə arasında  daha çox ticarət və turizm sahəsində əlaqələr mövcuddur. İndi isə növbə neft-qaz sahəsinə çatıb". 

Son xəbərlər

Orphus sistemi