Son dövrdə Azərbaycanda maye qaza olan tələbat artıb.
"Report"un məlumatına görə, tələbat artımına səbəb maye qazın, ilk növbədə, həm kimya sənayesində, həm də yanacaq kimi istifadə olunmasıdır. Belə ki, kimya sənayesində son dövrdə sürətli inkişaf olduğuna görə LPG-yə olan tələbat da çoxalıb. Digər tərəfdən,
Maye qaz və ya LPG kimi bazarda satışda olan məhsulun qiyməti təchizatçı şirkət tərəfindən tənzimlənir. Azərbaycan Dövlət Neft Şirkəti (
Yəni SOCAR-ın məhsul üzərində hər hansı bir inhisarçılığı yoxdur və onun qiymətinin tənzimlənməsini həyata keçirmir. Bu qiymət həm SOCAR yanacaqdoldurma məntəqələri, həm də digər yanacaqdoldurma məntəqələri üçün yəqin ki, eyni olacaq və yaxın zamanlarda qiymət artımını gözləmək olar. Maye qazın qiymətinin artımı bununla bağlıdır ki, son dövrdə bazarda bu məhsula olan tələbat artıb.
Artıq dünən “Azpetrol” yanacaqdoldurma məntəqələrində maye qazın satış qiyməti 0,45 manatdan 0,65 manata qaldırılıb.
LPG-nin satışını həyata keçirən şirkət SOCAR olmasa da, istehlakçıların məmnuniyyətini maksimum dərəcədə təmin etmək üçün şirkət bir müddət əvvəl qabaqlayıcı tədbir olaraq bazara alternativ, daha əlverişli olan analoji yanacaq məhsulunu daxil edib. Bu da CNG-dir - yəni sıxışdırılmış təbii qaz.
Sıxışdırılmış təbii qaz və maye qaz tamamilə ayrı-ayrı məhsullardır. Sıxışdırılmış təbii qazın satışı artıq SOCAR-ın bir çox yanacaqdoldurma məntəqələrində həyata keçirilir. Onun satış qiyməti 0,45 manatdır və qiymətində yaxın zamanda dəyişiklik gözlənilmir. Bu, bununla bağlıdır ki, sıxışdırılmış təbii qaz evdə istifadə etdiyimiz təbii qazdan əldə olunur. Azərbaycanda isə təbii qaz ehtiyatları boldur, bu da qarşıdakı illərdə bu məhsulla təminatı tam rahat şəkildə mümkün edəcək.
Qeyd edək ki, SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodu regionun yeganə neftayırma kompleksidir və Azərbaycanın yanacağa olan tələbatının əsas hissəsini təmin edir. Zavodda 15 adda neft məhsulu, o cümlədən avtomobil benzini, təyyarə yanacağı, dizel yanacağı, mazut, neft koksu və s. istehsal olunur. Hazırda Heydər Əliyev adına Neft Emalı Zavodunda yenidənqurma və modernizasiya layihəsinin 2-ci və 3-cü mərhələləri həyata keçirilir. Layihə çərçivəsində artıq 2021-2022-ci illərdə Azərbaycanda AVRO-5 standartına cavab verən dizel və benzin yanacağının istehsal olunması nəzərdə tutulur. 2024-2025-ci illərdə isə istehsalat həcminin 7,5 milyon tona qədər artırılması istiqamətində aparılan işlərin də başa çatdırılması planlaşdırılıb.