Mayda Yunanıstanda TAP-ın təməlqoyma mərasimi keçiriləcək

Mayda Yunanıstanda TAP-ın təməlqoyma mərasimi keçiriləcək P.Skourletisin sözlərinə görə, tədbirdə bir sıra iştirakçı ölkələrin liderləri də iştirak edəcək
Energetika
14 Mart , 2016 17:32
Mayda Yunanıstanda TAP-ın təməlqoyma mərasimi keçiriləcək

Bakı. 14 mart. REPORT.AZ/ Mayda Salonikidə (Yunanıstan) Trans-Adriatik Boru Kəmərinin (TAP) təməlqoyma mərasimi keçiriləcək. “Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Yunanıstanın energetika və ətraf mühit naziri Panos Skourletis deyib.

P.Skourletisin sözlərinə görə, tədbirdə bir sıra iştirakçı ölkələrin liderləri də iştirak edəcəklər:

“Yunanıstan iştirakçısı olduğu Azərbaycan qazını Avropaya çatdıracaq TAP layihəsini təşviq etməkdə maraqlıdır. May ayında baş tutacaq təməlqoyma mərasimində baş nazir Aleksis Tsipras olmaqla, Avropa İttifaqı və ABŞ rəsmiləri və Azərbaycan, Türkiyə, Albaniya, İtaliya və Bolqarıstanın yüksək rütbəli şəxsləri iştirak edəcək”.

Qeyd edək ki, 2020-ci ildə TAP vasitəsilə ilk Şahdəniz qazı Avropaya çatacaq. TAP-ın səhmdarları rolunda BP (20%), SOCAR (20%), "Snam S.p.A." (20%), "Fluxys" (19%), "Enagas" (16%) və "Axpo" (5%) şirkətləri çıxış edir.

Son xəbərlər

Orphus sistemi