Masallının Xıl kəndinə təbii qaz verilib

Masallının Xıl kəndinə təbii qaz verilib Tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İB-in təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər
Energetika
7 Sentyabr , 2016 16:44
Masallının Xıl kəndinə təbii qaz verilib

Bakı. 7 sentyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Masallı rayonunun Xıl kəndinə təbii qazın verilişi bərpa edilib. 

Bu barədə “Report”a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bu münasibətlə keçirilmiş tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Diqqətə çatdırılıb ki, 859 abonenti olan Xıl kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında 48 831 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla qaz xətləri çəkilib, bütün abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb. 

Vurğulanıb ki, hazırda rayonunun Məmmədoba, II-ci Yeddioymaq, Şıxlar, Qasımlı, Sığıncaq, Bala Təklə, Qodman, Babaküçə, Xanalion və Sığdaş kəndlərində də tikinti quraşdırma işləri davam etdirilir. Yaxın vaxtlarda həmin kəndlərə təbii qazın verilişi təmin ediləcək. 

Son xəbərlər

Orphus sistemi