Masallıda iki kəndə təbii qaz verilib - FOTO

Masallıda iki kəndə təbii qaz verilib - FOTO Yaxın günlərdə tikintisi başa çatmış yaşayış məntəqələrinə təbii qazın verilişi təmin ediləcək
Energetika
17 Mart , 2017 16:43
Masallıda iki kəndə təbii qaz verilib - FOTO
Report.az

Masallı. 17 mart. REPORT.AZ/ Masallıda iki kəndə təbii qaz verilib. "Report"un Cənub bürosunun verdiyi xəbərə görə, Novruz bayramı ərəfəsində Masallının İkinci Yeddioymaq və Qasımlı kəndlərinə təbii qaz verilib. 

Bu münasibətlə keçirilən mərasimlərində rayon rəhbərliyi, “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər. Qeyd edilib ki, hazırda Masallı rayonunun daha 4 kəndində Şıxlar, Bala Təklə, Qodman və Xanalion kəndlərinə də təbii qazın verilməsi üçün tikinti quraşdırma işləri davam etdirilir. 

Yaxın günlərdə tikintisi başa çatmış yaşayış məntəqələrinə təbii qazın verilişi təmin ediləcək.

275 abonenti olan İkinci Yeddioymaq kəndinin yenidən qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 17 131 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

490 abonenti olan Qasımlı kəndinin ilk dəfə qazlaşdırılması üçün isə birpilləli sistem əsasında ümumi uzunluğu 29 896 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Son xəbərlər

Orphus sistemi