Martda Naxçıvana verilən elektrik enerjisinin həcmi açıqlanıb

Martda Naxçıvana verilən elektrik enerjisinin həcmi açıqlanıb Naxçıvan Muxtar Respublikasında elektrik enerjisi satışından toplanan vəsait istifadə olunan enerjinin dəyərinin 100,8 %-ini təşkil edir
Energetika
9 Aprel , 2021 12:11
Martda Naxçıvana verilən elektrik enerjisinin həcmi açıqlanıb

Bu ilin mart ayında Naxçıvan Muxtar Respublikasına verilən elektrik enerjisinin miqdarı, elektrik enerjisi satışından toplanan vəsait və ödənilmə faizi barədə məlumat açıqlanıb.

“Report”un məlumatına görə, mart ayında texniki itki nəzərə alınmaqla daxil olan 25 mln 156 min kV/saat elektrik enerjisinin dəyəri 2 mln 073,5 min manat olub, cəmi 2 mln 089,7 min manat vəsait toplanıb ki, bu da istifadə olunan enerjinin dəyərinin 100,8 %-ini təşkil edir.

Ötən ay üzrə verilən elektrik enerjisinin ümumi həcmi 25 mln 156 min kvt/saat, verilən elektrik enerjisinin ümumi dəyəri 2 mln 073,5 min manat olub. Belə ki, daxil olan vəsaitin həcmi isə 2 mln 089,7 min manat təşkil edib. Muxtar Respublikada elektrik enerjisinin istifadəsinə görə ödənilmə faizi 100,8 % olub.

Belə ki, Naxçıvan şəhərində verilən elektrik enerjisinin ümumi həcmi 3 mln 378 min kvt/saat, verilən elektrik enerjisinin ümumi dəyəri 250 min manat, daxil olan vəsaitin həcmidə 250 min manat olub.

Şahbuz rayonunda verilən elektrik enerjisinin ümumi həcmi 366 min kvt/saat, verilən elektrik enerjisinin ümumi dəyəri 26,3 min manat, daxil olan vəsaitin həcmi isə 26,3 min manat təşkil edib.

Culfa rayonunda verilən elektrik enerjisinin ümumi həcmi 939 min kvt/saat, verilən elektrik enerjisinin ümumi dəyəri 67,1 min manat, daxil olan vəsaitin həcmi isə 67,1 min manat olub.

Ordubad rayonunda verilən elektrik enerjisinin ümumi həcmi 1 mln 082 min kvt/saat, verilən elektrik enerjisinin ümumi dəyəri 77 min manat, daxil olan vəsaitin həcmidə 77 min manat olub.

Şərur rayonunda verilən elektrik enerjisinin ümumi həcmi 2 mln 229 min kvt/saat, verilən elektrik enerjisinin ümumi dəyəri 157,2 min manat, daxil olan vəsaitin həcmidə 157,2 min manat təşkil edib.

Ötən ay Sədərək rayonunda verilən elektrik enerjisinin ümumi həcm 191 min kvt/saat olub. Bu rayonda verilən elektrik enerjisinin ümumi dəyəri 13,5 min manat, daxil olan vəsaitin həcmidə 13,5 min manat olub.

Kəngərli rayonunda verilən elektrik enerjisinin ümumi həcmi 619 min kvt/saat olub. Ötən ay bu rayonda verilən elektrik enerjisinin ümumi dəyəri 44,9 min manat, daxil olan vəsaitin həcmi 44,9 min manat olub.

Martda Babək rayonunda verilən elektrik enerjisinin ümumi həcmi 1 mln 782 min kvt/saat təşkil edib. Babəkdə verilən elektrik enerjisinin ümumi dəyəri 126,2 min manat, daxil olan vəsaitin həcmi 126,2 min manat olub. Ötən ay bütün rayonlarda elektrik enerjisinin istifadəsinə görə yığımı 100 % olub.

Bu ilin mart ayında Muxtar Respublikanın müəssisə və təşkilatlarına verilən elektrik enerjisinin ümumi həcmi 14 mln 570 min kvt/saat təşkil edib. Büdcə təşkilatlarına verilən elektrik enerjisinin ümumi dəyəri 1 mln 313,3 min manat, daxil olan vəsaitin həcmi 1 mln 327,5 min manat olub. Müəssisə və təşkilatlarının elektrik enerjisinin istifadəsinə görə yığımı 101,2 % olub.

Son xəbərlər

Orphus sistemi