Mariam Valişvili: “SOCAR Gürcüstanla uzun müddət əməkdaşlığı davam etdirəcək”

Mariam Valişvili: “SOCAR Gürcüstanla uzun müddət əməkdaşlığı davam etdirəcək” Tbilisi. 4 oktyabr. REPORT.AZ/ “Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Gürcüstanın təbii qaz bazarında əsas iştirakçıdır və bu, olduqca böyük məsuliyyətdir”.
Energetika
4 Oktyabr , 2018 17:51
Mariam Valişvili: “SOCAR Gürcüstanla uzun müddət əməkdaşlığı davam etdirəcək”
Report
0 : 00
0 : 00

Tbilisi. 4 oktyabr. REPORT.AZ/ “Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Gürcüstanın təbii qaz bazarında əsas iştirakçıdır və bu, olduqca böyük məsuliyyətdir”.

“Report”un yerli bürosunun verdiyi xəbərə görə, bu barədə SOCAR-ın Gürcüstan nümayəndəliyinin müşaviri Mariam Valişvili Tbilisidə Avropa Enerji Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən Gürcüstanın qaz bazarı ilə bağlı yüksək səviyyəli siyasi danışıqlarda deyib.

O bildirib ki, SOCAR və Gürcüstan hökuməti arasında əməkdaşlıq illər öncə qurulub: “SOCAR Gürcüstanla əməkdaşlığı bundan sonra da uzun müddət davam etdirəcək”.

Gürcüstanın qaz bazarında həyata keçiriləcək islahatlara gəlincə, M.Valişvili qeyd edib ki, SOCAR ölkənin reallığına cavab verən bütün qaydaları yerinə yetirməyə hazırdır: “SOCAR Gürcüstanın təbii qaz bazarını tərk etmək niyyətində deyil. Bizim qaz bazarında həyata keçiriləcək yeni tənzimləmələri tətbiq etmək bacarığımız var. SOCAR rəqabətə hazırdır”.   

Son xəbərlər

Orphus sistemi