Malena Mard: "Cənub Dəhlizi Aİ üçün prioritet təşkil edir"

Malena Mard: "Cənub Dəhlizi Aİ üçün prioritet təşkil edir" "Bu layihə Azərbaycana və ümumilikdə bütün regiona səmərəli olacaq"
Energetika
9 Aprel , 2015 13:01
Malena Mard: Cənub Dəhlizi Aİ üçün prioritet təşkil edir

Bakı. 9 aprel. REPORT.AZ/ Cənub Qaz Dəhlizi layihəsi Avropa İttifaqı üçün prioritet təşkil edir. "Report" xəbər verir ki, bu barədə jurnalistlərə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard bildirib.

O, enerji ehtiyatlarının Avropaya ixracının diversifikasiyası baxımından bu layihənin əhəmiyyətini vurğulayıb: "Biz Rusiya Federasiyasından enerji ehtiyatlarının diversifikasiyasında maraqlıyıq, buna görə də Cənub Qaz Dəhlizi kimi layihə Aİ üçün böyük əhəmiyyət kəsb edir". 

M.Mard qeyd edib ki, Cənub Dəhlizi layihəsi həm Azərbaycana, həm də regionun digər ölkələrinə səmərəli olacaq".

Nümayəndəliyin rəhbəri vurğulayıb ki, Aİ və Azərbaycan yalnız enerji sahəsində deyil, həm də turizm, kiçik və orta sahibkarlığın inkişafı və digər sahələrdə fəaliyyəti davam etdirəcək. 

Son xəbərlər

Orphus sistemi