"SOCAR Georgia": Sabah səhər bütün abonentlərin qaz təchizatı bərpa olunacaq

"SOCAR Georgia": Sabah səhər bütün abonentlərin qaz təchizatı bərpa olunacaq Bu gün axşam saatlarınadək 34 min abonentin qaz təchizatı bərpa ediləcək
Energetika
16 Dekabr , 2016 13:41
SOCAR Georgia: Sabah səhər bütün abonentlərin qaz təchizatı bərpa olunacaq

Bakı. 16 dekabr. REPORT.AZ/ Ötən gecə Gürcüstanın Acarıstan Muxtar Respublikasının ərazisindən keçən magistral qaz kəmərində baş verən qəzanın nəticələri aradan qaldırılıb.

Bu barədə “Report”a “SOCAR Energy Georgia” MMC-nin baş direktoru Mahir Məmmədov bildirib: “Magistral qaz kəmərində təmir işləri aparılan zaman kiçik qəza baş verib. Qəza nəticəsində 49 min abonentin qaz təchizatı dayandırılıb. Artıq qəzanın nəticələri aradan qaldırılıb. Qazı mənzillərə vermədən öncə müəyyən xəbərdarlıqlar, maarifləndirmə məlumatları verilməlidir. Yalnız bu məlumatlardan sonra mənzillər qazla təmin olunur”.

Onun sözlərinə görə, bu gün axşam saatlarınadək 34 min abonentin qaz təchizatı bərpa ediləcək.

M.Məmmədov qeyd edib ki, gecə saatlarında mənzillərə qaz verilişinin bərpası təhlükəli olduğundan, sabah səhər digər 15 min abonentin qaz təchizatı da bərpa olunacaq.

Son xəbərlər

Orphus sistemi