Macarıstanın Dövlət Katibi: "Bakını gələcək enerji təhlükəsizliyi paytaxtı adlandırmaq olar"

Macarıstanın Dövlət Katibi: "Bakını gələcək enerji təhlükəsizliyi paytaxtı adlandırmaq olar" Bakını gələcək enerji təhlükəsizliyi paytaxtı adlandırmaq olar.
Energetika
1 İyun , 2023 11:04
Macarıstanın Dövlət Katibi:  Bakını gələcək enerji təhlükəsizliyi paytaxtı adlandırmaq olar

Bakını gələcək enerji təhlükəsizliyi paytaxtı adlandırmaq olar.

“Report”un məlumatına görə, bunu Macarıstan Təhlükəsizlik siyasəti və enerji təhlükəsizliyi üzrə Məsul Dövlət Katibi Piter Staray bu gün işinə başlayan Bakı Enerji Forumunun birinci günündə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, bütün problemləri nəzərə alaraq, növbəti illər üçün enerji strategiyanın formalaşdırılması önəmlidir: “Biz sözsüz ki, təkbaşına bunu edə bilmərik. Biz bir araya gəlməliyik, beynəlxalq layihələr hazırlamalıyıq, daha çox əməkdaşlıq eləməliyik. Ona görə də bu gün Bakıda olmaq bizim üçün çox önəmlidir.

P. Staray bildirib ki, "yaşıl enerji"yə keçid zamanı qazdan kećid yanacağı kimi qazdan istifadə olunmalıdır: "Bununla yanaşı, qeyd edilən məqsədlə Macarıstan nüvə enerjisinin istehsalını artırmaqda qətiyyətlidir.

O, həmçinin əlavə edib ki, Macarıstan Azərbaycanın Xəzər dənizindəki külək elektrik stansiyalarını Qara dəniz sualtı kabeli vasitəsilə Avropaya birləşdirən “yaşıl enerji” dəhlizinin, eləcə də Rumıniya və Macarıstanda müvafiq infrastrukturun yaradılmasını dəstəkləyir: “Bu layihə Macarıstan üçün gözəl gələcək vədd edir. Bu layihə Macarıstan üçün mühüm layihədir”.

Qeyd edək ki, 2022-ci ilin dekabr ayında Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi ilə bağlı Strateji Tərəfdaşlıq sazişi imzalanıb. Saziş Azərbaycan və Rumıniya arasında “yaşıl enerji”nin ötürülməsi məqsədilə Gürcüstan və Qara dənizdən keçəcək sualtı elektrik enerjisi kabelinin çəkilməsi layihəsinin reallaşdırılmasını təmin edəcək. Bu kabellə ötürülən elektrik enerjisi daha sonra Macarıstana və Avropa nəqletmə sistemi vasitəsilə qitənin qalan hissəsinə nəql ediləcək.

Son xəbərlər

Orphus sistemi