Macarıstan XİN: “IGB Avropanın enerji təhlükəsizliyi üçün irəliləyə doğru atılan addımdır”

Macarıstan XİN: “IGB Avropanın enerji təhlükəsizliyi üçün irəliləyə doğru atılan addımdır” “Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB) Avropanın enerji təhlükəsizliyi üçün irəliləyə doğru atılan addımdır”.
Energetika
22 Sentyabr , 2022 14:51
Macarıstan XİN: “IGB Avropanın enerji təhlükəsizliyi üçün irəliləyə doğru atılan addımdır”

“Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB) Avropanın enerji təhlükəsizliyi üçün irəliləyə doğru atılan addımdır”.

“Report” xəbər verir ki, bunu Macarıstan Xarici İşlər və Ticarət Nazirliyinin təhlükəsizlik siyasəti üzrə dövlət katibi Peter Sztaray 5-ci Rumıniya Beynəlxalq Təbii Qaz Konfransında deyib.

O, Avropanın Rusiya təbii qazından asılılığını azaldacaq müxtəlif alternativlərdən bəhs edib: “Azərbaycan Avropaya təbii qaz tədarükünü artırır. Ölkələrin bu məsələdə həmrəylik nümayiş etdirməsi sevindirici haldır”.

Xatırladaq ki, sentyabrın 21-22-də Buxarestdə Azərbaycanın energetika naziri Pərviz Şahbazovun da iştirak etdiyi Rumıniya Beynəlxalq Təbii Qaz Konfransı keçirilir.

IGB Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz kondensat yatağının II mərhələdə istismarı çərçivəsində hasil edilən “mavi yanacağ”ın Bolqarıstana nəqlini nəzərdə tutur. TAP-a qoşulacaq bu kəmər vasitəsilə Bolqarıstan Azərbaycandan ildə 1 milyard kubmetr təbii qaz idxal edəcək. Belə ki, “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından bu miqdarda qaz almaq üçün “Şahdəniz” konsorsiumu ilə müqavilə imzalayıb. Azərbaycan təbii qazı hesabına Bolqarıstan qaz tələbatının 25-30 %-ni ödəyəcək.

Ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 150 kilometri Bolqarıstan ərazisindən keçəcək. Kəmərin illik ötürücülük gücü 3-5 milyard kubmetr həcmində nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi