SOCAR: Macarıstanla Azərbaycan arasında enerji əməkdaşlığının genişləndirilməsi ilə bağlı danışıqların başlanılmasına dair ilkin razılıq əldə olunub

SOCAR: Macarıstanla Azərbaycan arasında enerji əməkdaşlığının genişləndirilməsi ilə bağlı danışıqların başlanılmasına dair ilkin razılıq əldə olunub Martın 29-da SOCAR-ın prezidenti Rövnəq Abdullayev Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşüb.
Energetika
29 Mart , 2019 18:31
SOCAR: Macarıstanla Azərbaycan arasında enerji əməkdaşlığının genişləndirilməsi ilə bağlı danışıqların başlanılmasına dair ilkin razılıq əldə olunub

Martın 29-da SOCAR-ın prezidenti Rövnəq Abdullayev Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşüb.

Şirkətdən "Report"a verilən məlumata görə, görüşdə qeyd olunub ki, Azərbaycanla Macarıstan arasında əməkdaşlıq müxtəlif sahələrdə yüksək səviyyədə inkişaf edir. Hər iki dövlətin başçısı iqtisadi sahədə də əməkdaşlığın genişləndirilməsi ilə bağlı niyyətlərini ifadə edib. Bu baxımdan, Azərbaycanın öncüllüyü ilə həyata keçirilən "Cənub Qaz Dəhlizi" layihəsi xüsusi əhəmiyyət kəsb edir. İki qitəni birləşdirən bu layihə vasitəsi ilə Xəzər hövzəsində hasil edilmiş təbii qazın Avropa qaz şəbəkəsinə daxil olması qitənin bir çox ölkələrinə, o cümlədən Macarıstana da təbii qaz nəql edilməsinə imkan yaradacaq.

Görüşdə Macarıstan tərəfi Dəhliz vasitəsi ilə qaz həcmləri əldə etmək marağını ifadə edib. Macarıstan ilə Azərbaycan və SOCAR arasında enerji əməkdaşlığının müxtəlif istiqamətlərdə genişləndirilməsi ilə bağlı danışıqlar prosesinə başlanılmasına dair ilkin razılıq əldə olunub. 

Son xəbərlər

Orphus sistemi