"Lukoil" Xəzər regionunda investiya həcmini azaldmayacaq

"Lukoil" Xəzər regionunda investiya həcmini azaldmayacaq "Vladimir Filanovski yatağından ilk neft planlaşdırıldığı kimi 2016-cı ildə əldə olunacaq"
Energetika
9 Aprel , 2015 21:24
Lukoil Xəzər regionunda investiya həcmini azaldmayacaq

Bakı. 9 aprel. REPORT.AZ/ “LUKoil” şirkəti Xəzər dənizinin Rusiya hissəsində icra etdiyi layihələrə ayırmağa panlaşdırdığı investisiya həcmini azaldmayacaq. "Report"un TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə şirkətin prezidenti Vahid Ələkbərov bildirib.

Onun sözlərinə görə, Xəzərin şimalında yerləşən yataqların istismarı “LUKoil” üçün prioritet məsələdir.

"Məsələn, Vladimir Filanovski yatağından ilk neft planlaşdırıldığı kimi 2016-cı ildə əldə olunacaq", - deyə V. Ələkbərov vurğulayıb.

Son xəbərlər

Orphus sistemi