“LUKoil” Özbəkistanda qaz layihəsinin əsas obyektlərini işə salıb

“LUKoil” Özbəkistanda qaz layihəsinin əsas obyektlərini işə salıb Bunun nəticəsində “Qissar” yatağında hasilat layihə gücünə çatır
Energetika
22 Avqust , 2017 17:43
“LUKoil” Özbəkistanda qaz layihəsinin əsas obyektlərini işə salıb

Bakı. 22 avqust. REPORT.AZ/ Rusiyanın “LUKoil” şirkəti Özbəkistanda Cənub-qərbi Qissar layihəsi çərçivəsində əsas istehsalat və texnoloji obyektlərini işə salıb.

“Report” xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

İstismara verilən qurğulara illik gücü 4,4 mlrd. kubmetr olan kompleks qaz təmizləmə qurğusu, ilkin qaz təmizləmə qurğusu, eyni zamanda 4 qaztoplama məntəqəsi daxildir.

“Bu obyektlərin istismara verilməsi nəticəsində “Qissar” yataqlar qrupunda qaz hasilatı layihədə nəzərdə tutulan həcmə, yəni gündəlik təxminən 14 mln. kubmetr, illik 5 mlrd. kubmetrə çatdırılacaq. Hazırda burada 37 hasilat quyusu istismardadır", - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, “LUKoil” Cənub-qərbi Qissar layihəsinə 2008-ci ildə daxil olub.

Son xəbərlər

Orphus sistemi