​London yaxınlığında iri neft yatağı aşkarlanıb

​London yaxınlığında iri neft yatağı aşkarlanıb Ümumi ehtiyatı 100 mlrd. barel olan yataqda neft 900 metr dərinlikdən hasil olunacaq
Energetika
9 Aprel , 2015 16:01
​London yaxınlığında iri neft yatağı aşkarlanıb

Bakı. 9 aprel. REPORT.AZ/ Londondan 50 km aralıda, "Qatvik" (Gatwick) hava limanı yaxınlığında yeni neft yatağı aşkar edilib. "Report"un Britaniya KİV-inə istinadən verdiyi xəbərə görə, bu barədə "UK Oil and Gas Investments" (UKOG) şirkəti məlumat yayıb.

Məlumata görə, ümumi ehtiyatı 100 mlrd. barel olan yatağın hər 2,6 kv. km-i üçün 158 mln. barel neft düşür.

Qurum qazma işlərinin keçən il başladığını və neftin 914-762 metr dərinlikdə yerləşdiyini deyib. Ekspertlər hesab edirlər ki, bu, ABŞ və Qərbi Sibirdə aparılan oxşar geoloji tədqiqatlarla müqayisədə neft hasilatı buradakı ehtiyatın 3-15%-ni təşkil edə bilər.

UKOG-un icraçı direktoru Stiven Sanderson məsələyə şərh verərkən bu tapıntının Britaniya üçün milli əhəmiyyət kəsb etdiyini deyib və son 30 ilin ən əhəmiyyətli kəşfi adlandırıb.

Son xəbərlər