Lerikin üç kəndinə qaz verilib
Energetika
- 15 noyabr, 2019
- 14:04
Bu gün Lerik rayonunun Cənginəvud, Vizəzəmin və Peştətük kəndlərinə təbii qaz verilib.
Bu barədə “Report"a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bu münasibətlə keçirilən tədbirdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, “Azəriqaz”ın Lənkəran Regional qaz istismarı İdarəsinin əməkdaşları iştirak ediblər.
Cənginəvud kəndində 48, Vizəzəmin kəndində 79, Peştətük kəndində isə 49 fərdi ev mavi yanacaqla təmin olunub. Ümumilikdə, Cənginəvud kəndində 3 898 metr, Vizəzəmin kəndində 6 926 metr, Peştətük kəndində isə 4 940,5 metr uzunluğunda müxtəlif diametrli polad və polietilen daşıyıcı qaz xətləri çəkilib, fərdi evlərin hər birinə sayğaclar quraşdırılıb.
Son xəbərlər
19:12
Ruslan Kravçenko Ukraynanın baş prokuroru vəzifəsindən azad edilib - YENİLƏNİB
Digər ölkələr19:05
Foto
Azərbaycan və Türkiyə arasında media əməkdaşlığının inkişafı müzakirə olunub
Media18:54
Lənkəranda üç yaşlı uşaq binadan yıxılıb
Hadisə18:47
Foto
Bakıda cüdo üzrə dünya çempionatında iştirak edəcək 46 ölkə heyətini açıqlayıb
Fərdi18:41
Foto
Şirvan suvarma kanalının yenidən qurulması üzrə işçi qrupunun növbəti iclası keçirilib
İnfrastruktur18:38
Finlandiya Fransanın nüvə çəkindirmə təşəbbüsünə qoşulub
Digər ölkələr18:34
Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb
Maliyyə18:29
Xətaidə yetkinlik yaşına çatmayan şəxsin ölümü ilə bağlı araşdırma aparılır
Hadisə18:22
Foto