Bakı. 19 mart. REPORT.AZ/ Neft İdxal edən Ölkələr Təşkilatına (OPEK) üzv dövlətlər neftin qiymətinin gələcəkdə də düşməsinə baxmayaraq, istehsal səviyyəsini saxlayacaqlar. "Report" "TASS"a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Küveytin neft naziri Əli əl-Omayr bildirib.
"OPEK-in istehsal səviyyəsini hazırkı səviyyədə saxlamaqdan başqa seçimi yoxdur", - nazir qeyd edib.
"Biz neft bazarındakı payımızı itirmək istəmirik", - o bildirib.
əl-Omayr həmçinin əlavə edib ki, kartelə daxil olmayan idxalçılarla razılıq əldə olunarsa, bu bazara müsbət təsir göstərəcək. O, sözün məhz hansı razılıqlardan getdiyi barədə açıqlama verməyib.