Konsaltinq şirkətinin rəhbəri: "SOCAR Energy Ukraine" bu gün pərakəndə şəbəkələr arasında ən yenilikçi şirkətdir"

Konsaltinq şirkətinin rəhbəri: "SOCAR Energy Ukraine" bu gün pərakəndə şəbəkələr arasında ən yenilikçi şirkətdir" "Belə iştirakçının olması Ukrayna bazarı üçün çox vacibdir"
Energetika
18 Noyabr , 2016 15:23
Konsaltinq şirkətinin rəhbəri: SOCAR Energy Ukraine bu gün pərakəndə şəbəkələr arasında ən yenilikçi şirkətdir

Kiyev. 18 noyabr. REPORT.AZ/ "SOCAR Energy Ukraine" bu gün pərakəndə şəbəkələr arasında ən yenilikçi şirkətdir və bu, xidmət, rahatlıq və öhdəliklərin icrası baxımından şəksiz liderlər sırasındadır".

Bunu "Report"a açıqlamasında energetika məsələləri üzrə ekspert, "A-95 Konsaltinq qrupu"nun direktoru Sergey Kuyun deyib.

Onun sözlərinə görə, "SOCAR Energy Ukraine" Ukrayna bazarına çıxandan bəri yalnız hüquqi çərçivədə çıxış edən, fəaliyyətində hər hansı şübhəli sxem olmayan şirkətlərin sırasına qoşulub: "Onlar vergilər tam ödəyən, vicdanlı neft-qaz şirkəti kimi təsnif edilir. Bu sahədə bir çox kölgə dövriyyələri olduğu zamanda belə iştirakçının olması Ukrayna bazarı üçün çox vacibdir".

S.Kuyun bildirib ki, SOCAR-ın bazara girməsi ilə Ukraynada rəqabət keyfiyyəti artıb: "Birincisi, şirkət tədarük həcmini artırır. Özü də, eyni zamanda topdansatış seqmentində. İkincisi, SOCAR pərakəndə satışda, YDM-lərin fəaliyyətində, xidmətin keyfiyyətində tamamilə yeni səviyyəyə müəyyənləşdirib. Bu, bazar üçün sürpriz olub. Düzünü deyim ki, heç kim SOCAR-dan dövlət şirkəti kimi belə səviyyə gözləmirdi".

Ekspertin fikrincə, SOCAR-ın yeganə çatışmazlığı Ukraynada YDM-lərin sayının az olmasındadır.

Azərbaycan neft-qaz bazarının Ukraynanın müvafiq sahəsinin bazarına təsirini şərh edən S.Kuyun bunun əsasən "SOCAR Energy Ukrayna" vasitəsilə həyata keçirildiyini vurğulayıb: "Bu il tarixdə ilk dəfə "Coral" treyderi vasitəsilə Ukraynaya Bakıdan aviayanacaq tədarük olunub. Fikrimcə, bu, çox maraqlı hadisə və başlanğıcdır."

Son xəbərlər

Orphus sistemi