KİV: Ukraynadakı müharibənin yaratdığı enerji böhranı İtaliyanı diqqətini Azərbaycana cəlb etdi

KİV: Ukraynadakı müharibənin yaratdığı enerji böhranı İtaliyanı diqqətini Azərbaycana cəlb etdi Ukraynada müharibənin yaratdığı enerji böhranı İtaliyanı diqqətini Norveç, Azərbaycan və Əlcəzairdən mayeləşdirilmiş təbii qazın idxalına və sonra onu istifadəyə yararlı qaza çevirməyə sövq etdi.
Energetika
31 Mart , 2023 08:56
KİV: Ukraynadakı müharibənin yaratdığı enerji böhranı İtaliyanı diqqətini Azərbaycana cəlb etdi

Ukraynada müharibənin yaratdığı enerji böhranı İtaliyanı diqqətini Norveç, Azərbaycan və Əlcəzairdən mayeləşdirilmiş təbii qazın idxalına və sonra onu istifadəyə yararlı qaza çevirməyə sövq etdi.

“Report” xəbər verir ki, bu barədə İtaliyanın “Reportdifesa.it” portalı yazıb.

Qeyd edilir ki, təbii qazın transformasiya prosesinə “Snam” şirkəti cavabdehdir. Şirkət hökumətin sərənması ilə mayeləşdirilmiş qazı yenidən qazlaşdırma terminalının çənlərinə vuracaq “Golar Tundra” tankerini 330 milyon avroya alıb.

Keçən il fevralın 21-də Sinqapurdakı Keppel gəmiqayırma zavodunu tərk edən gəmi Piombino limanına gedib, onun illik təkrar qazlaşdırma qabiliyyəti təxminən beş milyard kubmetr qaz təşkil edəcək.

Həyata keçirilən layihə enerji böhranından çıxmağa, İtaliyanı Rusiya tədarükünün inhisarından azad etməyə kömək edəcək.

Son xəbərlər

Orphus sistemi