ABŞ Prezidenti Cozef Baydenin baş məsləhətçiləri Amerikanın enerji korporasiyası “ConocoPhillips”ə Alyaskanın şimal-qərb ərazilərində neft quyularının qazılmasına icazə verən layihəni təsdiqləyiblər.
"Report" xəbər verir ki, bu barədə mənbələrə istinadən "Bloomberg" məlumat yayıb.
Layihə planına əsasən “ConocoPhillips”ə “Uillou” yatağında üç yerdə qazmağa icazə veriləcək. Belə bir qərar təqribən 600 milyon barel neft hasil etməyə imkan verəcək, lakin 280 milyon tona yaxın karbon qazı emissiyasına səbəb olacaq ki, bu da ABŞ-ın hazırkı Prezidentinin təmiz enerji adlandırılan enerjiyə keçid siyasətinə ziddir. Layihə həm də Alyaskada qazma işlərinin iqlim fəlakəti olacağını iddia edən ətraf mühit fəallarının geniş tənqidinə səbəb olub.
Qazma layihəsi 8 milyard dollar dəyərində qiymətləndirilir və bu, həmin sahədə ABŞ-ın ən böyük layihələrindən biridir. Agentliyin təqdim etdiyi proqnozlara əsasən, quyuların qazılması nəticəsində qazma nəticəsində gündə 180 min barelə qədər və ya ölkədəki bütün hazırkı neftçıxarmanın 1,6%-i hasil ediləcək.
Qərar gələn həftə açıqlanmalıdır.