Yuxarı

​Kənan Yavuz: "SOCAR-ın təkcə Türkiyəyə yatırımı 20 mlrd. dollar civarındadır"

K.Yavuz neft və qazı olmayan Türkiyənin ara istehsal mallarının istehsalını 5 qat artırmalı olduğunu deyib

Bakı. 27 may. REPORT.AZ/ "Elektrik enerjisi istehsalının həcmi iki dəfə artırılmalıdır". "Report" xəbər veri ki, bunu "SOCAR Turkey" şirkətinin prezidenti Kənan Yavuz deyib.

K.Yavuzun sözlərinə görə, Türkiyənin daş kömürdən elektrik enerjisi istehsalını artırmaq üçün potensialı böyükdür: "Bizim 300 ilə çatacaq bir kömür ehtiyatımız var. Bundan istifadə etməliyik. "Atom enerjisinə qarşıyıq", "kömürə qarşıyıq", "külək quşları narahat edir" və başqa bu kimi arqumentlər ölkəmizin inkişafına ziyan vurur. Biz 2023-cü il üçün qarşımıza 500 mlrd. dollarlıq ixracat məqsədi qoymuşuq. 90 mln. nəfər olacaq əhali üçün bu hədəfə mütləq çatmalıyıq".

K.Yavuz neft və qazı olmayan Türkiyənin ara istehsal mallarının istehsalını 5 qat artırmalı olduğunu deyib: "Bu, bir gerçəklikdir. Nef və qaz kimi təbii sərvəti olmayan Türkiyə ara istehsal mallarının istehsalını artırmadan heç bir rəqabətə nail ola bilməz. Biz bunun üçün bilik və texnologiyadan istifadə etməliyik".

Şirkət prezidenti SOCAR-ın Türkiyədə ən böyük investorlardan olduğunu da qeyd edib: "1923-cü ildən 2003-cü ilə qədər toplam olaraq Türkiyəyə 15 mlrd. dollar investisiya yatırılıb. Bu, 80 ilin ümumi rəqəmidir. Amma bu gün SOCAR-ın təkcə Türkiyəyə etdiyi yatırım 20 mlrd. dollar civarındadır".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi