"JPMorgan": Neft 65 dollara qədər bahalaşacaq

"JPMorgan": Neft 65 dollara qədər bahalaşacaq "Report": Bu il neftin qiyməti 45-65 dollar/barel diapazonunda hərəkət edəcək
Energetika
30 Yanvar , 2017 17:38
JPMorgan: Neft 65 dollara qədər bahalaşacaq

Bakı. 30 yanvar. REPORT.AZ/ Bu il dünya bazarında neftin qiyməti 65 dollar/barelə qədər artacaq, azalma isə 2018-ci ildə baş verəcək. "Report"un "Forexpf.ru" saytına istinadən verdiyi xəbərə görə, bu proqnozla ABŞ-ın məşhur "JPMorgan" bankı çıxış edib. 

Bankın proqnozunda həmçinin bildirilib ki, neft qiymətləri OPEC-in təklifi artırması və karteldən kənar neft hasilatçısı ölkələrin hasilatı artırması nəticəsində 2018-ci ildə düşməyə başlayacaq. Bunun qarşısının alınması üçün isə OPEC bu ilin III rübündən etibarən hasilatı azaltmaqla bağlı qərarını davam etdirməlidir: "Amma, bu ssenarinin baş tutması ehtimalı azdır".

"Report"un analitik qrupu da 2017-ci ildə neft qiymətlərinin 45-65 dollar/barel diapazonunda hərəkət edəcəyini proqnozlaşdırır.

Son xəbərlər

Orphus sistemi