Yuxarı

JGC şirkətinin nümayəndəsi Bakı Neft Emalı Zavodunda olub

Yaponiya şirkətinin satış üzrə meneceri zavodun direktoru ilə görüşüb

Bakı. 6 sentyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına Neft Emalı Zavodunda JGC (Yaponiya) şirkətinin satış üzrə meneceri Taişi Yoşida (Taishi Yoshida) ilə görüş keçirilib.

"Report" SOCAR-a istinadən xəbər verir ki, zavodun direktoru Elman İsmayılov yaponiyalı qonağı salamlayaraq müəssisənin tarixi, hazırda həyata keçirilən yenidənqurma və modernləşdirmə layihəsi, mövcud olan, eləcə də yaxın gələcəkdə inşa ediləcək texnoloji qurğular haqqında məlumat verib. 

Yaponiya şirkətinin satış üzrə meneceri dünyanın müxtəlif ölkələrində, xüsusilə JGC-nin Sinqapurdakı fəaliyyəti barədə danışıb, neft hasilatı və emalı ilə məşğul olan müəssisələrlə əməkdaşlıqda maraqlı olduqlarını bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi