İyulda Azərbaycan elektrik enerjisi idxalını 6 dəfədən çox artırıb

Energetika
  • 13 avqust, 2024
  • 06:18
İyulda Azərbaycan elektrik enerjisi idxalını 6 dəfədən çox artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda elektrik enerjisinin ixracı 522,1 milyon kVt/saat təşkil edib.

Bu barədə “Report” Energetika Nazirliyinin 2024-cü ilin yanvar-iyul ayları üzrə açıqladığı elektrik enerjisi göstəriciləri ilə bağlı operativ məlumatlarında deyilir.

Məlumata əsasən, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 755,2 milyon kVt/saat və ya 2,45 dəfə azdır.

Ötən 7 ay ərzində ölkədə elektrik enerjisinin idxalı 112,4 milyon kVt/saat olub. Bu da 2023-cü ilin ilk 7 ayının göstəricisi ilə müqayisədə 45,2 milyon kVt/saat və ya 28,7 % azdır.

Bu ilin iyul ayında Azərbaycanda elektrik enerjisinin ixracı elektrik 66,5 milyon kVt/saat və ya 6,4 dəfə artıraraq 78,9 milyon kVt/saat təşkil edib.

Ötən ay Azərbaycanda ərzində elektrik enerjisinin idxalı 16,9 milyon kVt/saat təşkil edib ki, bu da 2023-cü ilin eyni ayı ilə müqayisədə 2,8 milyon kVt/saat və ya 14,2 % azdır.

Xatırladaq ki, 2023-cü ilin yanvar-iyul ayları ərzində Azərbaycanda elektrik enerjisinin idxalı 157,6 milyon kVt/saat, ixracı isə 1 milyard 277,3 milyon kVt/saat olub. Ötən ilin iyun ayı ərzində isə ölkədə elektrik enerjisinin idxalı 19,7 milyon kVt/saat, ixracı isə 12,4 milyon kVt/saat təşkil edib.

Son xəbərlər

Bütün Xəbər Lenti