İsveç şirkəti Qarabağda günəş panellərinin quraşdırılmasını genişləndirəcək
- 26 oktyabr, 2022
- 13:02
İsveç kapitallı Azərbaycan şirkəti “Provitaz” Qarabağda günəş panellərinin quraşdırılmasını genişləndirəcək.
Bu barədə “Report”a şirkətin satış üzrə direktoru Emin Məmmədov bildirilib.
Onun sözlərinə görə, hazırda bu istiqamətdə danışıqlar aparılır: “Provitaz” Ağdamda 90 ədəd günəş paneli quraşdırıb. Ağdamda quraşdırdığımız sistem uğurlu şəkildə işləyir".
E.Məmmədov bildirib ki, “Provitaz” 2013-cü ildən Azərbaycanda fəaliyyət göstərir: “Azərbaycanda bir sıra layihələr həyata keçirilib. Günəş panellərini Çindən alırıq, Azərbaycanda quraşdırırıq. Hazırda Azərbaycanda günəş panellərinin quraşdırılmasına maraq artıb. Məqsədimiz Azərbaycanda alternativ enerji sektorunda ilk seçim olmaqdır.
Biz Azərbaycanda hər kəsi alternativ enerji ilə təmin etmək, beləcə də əhali və bizneslər üçün qənaət yaratmaq, habelə sabahın uşaqları üçün ətraf mühiti qorumaq istəyirik. Biz sağlam və təmiz bir mühitə davamlı bir şəkildə qatqı təmin edən məhsullar, xidmətlər və texnologiyaları təklif edirik".