İnvestorların tələblə bağlı narahatlığı fonunda neft ucuzlaşıb

İnvestorların tələblə bağlı narahatlığı fonunda neft ucuzlaşıb İnvestorların bəzi ölkələrdə COVID-19 ilə əlaqəli məhdudiyyətlərin tətbiqi səbəbindən tələblə bağlı narahatlıqları fonunda neft ucuzlaşıb.
Energetika
10 Dekabr , 2021 10:03
İnvestorların tələblə bağlı narahatlığı fonunda neft ucuzlaşıb

İnvestorların bəzi ölkələrdə COVID-19 ilə əlaqəli məhdudiyyətlərin tətbiqi səbəbindən tələblə bağlı narahatlıqları fonunda neft ucuzlaşıb.

“Report” “Prime” agentliyinə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 09:22-yə olan məlumata görə, Şimal dənizində hasil olunan “Brent” neftinin fevral fyuçersləri 0,31% ucuzlaşaraq, 1 bareli 74,19 ABŞ dollarına satılıb. WTI neftinin yanvar fyuçerslərinin qiyməti isə 0,23% düşərək, 1 bareli 70,78 ABŞ dolları təşkil edib.

Bazarda müşahidə olunan mənfi dinamika koronavirusun “Omikron” ştamının yayılması səbəbindən bir sıra ölkələrdə əlavə məhdudiyyətlərin tətbiq edilməsi ilə bağlıdır.

ABŞ-ın neft-qaz xidmətləri üzrə ixtisaslaşmış “Baker Hughes Company” şirkətinin ölkədəki fəaliyyətdə olan neft buruqlarının sayı haqqında statistik göstəriciləri də qiymətə təsir göstərə bilər. Belə ki, ötən iş həftəsində ABŞ-da neft buruqlarının sayı dəyişməyib və 467 ədəd təşkil edib.

Son xəbərlər

Orphus sistemi