İmişlidə qazlaşma səviyyəsi 94 %-i ötüb

İmişlidə qazlaşma səviyyəsi 94 %-i ötüb “Azəriqaz” İstehsalat Birliyi bütün ölkə üzrə qəsəbələrin, kəndlərin, yeni yaşayış massivlərinin və onların genişlənən hissələrinin qazlaşdırılması işlərini planlı şəkildə sürətlə davam etdirir
Energetika
22 İyun , 2021 16:27
İmişlidə qazlaşma səviyyəsi 94 %-i ötüb

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi bütün ölkə üzrə qəsəbələrin, kəndlərin, yeni yaşayış massivlərinin və onların genişlənən hissələrinin qazlaşdırılması işlərini planlı şəkildə sürətlə davam etdirir.

“Report”un “Azəriqaz”a istinadən verdiyi məlumata görə, görülən işlər çərçivəsində daha bir kəndin qazlaşdırılması işləri yekunlaşıb.

İmişli rayonunun Hacırüstəmli kəndində yerləşən 222 fərdi yaşayış evi mavi yanacaqla təmin edilib. Yaşayış məntəqəsinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 18 177 metr olan müxtəlif diametrli polad və uzunluğu 2 146 metr olan polietilen borular vasitəsi ilə daşıyıcı, paylayıcı qaz xətləri çəkilib.

Bütün dünyada hökm sürən koronavirus (COVID-19) pandemiyası şərtləri gözlənilməklə yaşayış məntəqəsinə təbii qazın verilməsi münasibətilə keçirilən mərasimdə “Azəriqaz” İB-nin və rayon İcra Hakimiyyətinin nümayəndələri, eləcə də kənd sakinləri iştirak ediblər. Hər bir fərdi yaşayış evinə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Qeyd edək ki, kənddə təbii qaz açılışına ilk olaraq Vətən müharibəsinin şəhidi Asim Rasim oğlu Abbasovun ailəsinin yaşadığı fərdi yaşayış evindən başlanılıb. Beləliklə, bu açılışdan sonra İmişli rayonunda qazlaşma səviyyəsi 94,4 % təşkil edəcək.

Son xəbərlər

Orphus sistemi