IMF: ABŞ-dakı şist neft hasilatı qlobal tələbi təmin edə bilməyəcək

IMF: ABŞ-dakı şist neft hasilatı qlobal tələbi təmin edə bilməyəcək Qlobal iqtisadi artım davam edərsə, neftin qiyməti yenidən 100 dollar/barel həddini ötə bilər
Energetika
23 Fevral , 2018 14:02
IMF: ABŞ-dakı şist neft hasilatı qlobal tələbi təmin edə bilməyəcək
AFP 2017/ MANDEL NGAN

Bakı. 23 fevral. REPORT.AZ/ ABŞ-ın şist neft sənayesi qlobal neft tələbindəki artımı təmin etmək və bazarı sabitləşdirmək üçün kifayət qədər güclü deyil. 

"Report" Beynəlxalq Valyuta Fondunun (IMF) proqnozlarına istinadən xəbər verir ki, qlobal iqtisadi artımın 4% təşkil etməsi durumunda, dünya iqtisadiyyatında illik 2 mln. barel/gün əlavə neftə ehtiyac yaranacaq. 

"Bu da təxminən 4-5 mln. barel/gün məcmu istehsal deməkdir. Lakin hazırda fəaliyyətdə olan yataqlarda hasilatın getdikcə azaldığını nəzərə alsaq, ABŞ-da şist neft hasilatının 1 mln. barel/gün artması qlobal neft tələbini təmin edə bilməyəcək", - sənəddə qeyd olunub.

Beləliklə, qlobal iqtisadi böhran ssenarisi istisna edilməklə, 2020-ci ildən sonra dünya iqtisadiyyatı neft kəsiri ilə üzləşəcək. Əgər geosiyasi risklər də diqqətə alınarsa, neftin qiymətinin yenidən 100 dollar/bareli ötməsi çətin olmayacaq. 

Qeyd edək ki, ötən həftə Birləşmiş Ərəb Əmirliklərinin neft naziri Süheyl əl-Mazrui neft ölkələrini tükənmiş yataqlarda hasilat güclərini bərpa etməyə çağırıb. Buna səbəb kimi nazir tələbin anidən artması və ya neft çatdırılmasında yarana biləcək problemləri əsas gətirib.

Son xəbərlər

Orphus sistemi