SOCAR II rübdə neft hasilatını cüzi azaldıb

Energetika
  • 13 avqust, 2024
  • 07:12
SOCAR II rübdə neft hasilatını cüzi azaldıb

Bu ilin II rübündə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) müstəqil şəkildə və ya əsas payçı qismində istismar etdiyi yataqlardan 1 milyon 875 min 563 ton neft hasil olunub.

“Report” xəbər verir ki, bu barədə SOCAR-ın 2024-cü ilin 2-ci rübünə dair açıqladığı qazma, hasilat, emal və ixrac göstəricilərində deyilir.

Məlumata görə, bu, ötən ilin ikinci rübünün göstəriciləri ilə müqayisədə 55 min 411 min ton və ya 2,9 % azdır.

Ümumilikdə isə, bu ilin ikinci rübü ərzində Azərbaycanda 7 milyon 173 min 947 ton xam neft hasil olunub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 300 min 594 ton və ya 4,03 % azdır.

Xatırladaq ki, ötən ilin ikinci rübündə SOCAR-ın müstəqil şəkildə və ya əsas payçı qismində istismar etdiyi yataqlardan 1 milyon 930 min 974 ton neft hasil olunub. Ötən ilin ikinci rübündə ölkə üzrə 7 milyon 474 min 541 ton xam neft çıxarılıb.

Son xəbərlər

Bütün Xəbər Lenti