IGB vasitəsilə 1 milyard kubmetrə yaxın Azərbaycan qazı nəql olunub

IGB vasitəsilə 1 milyard kubmetrə yaxın Azərbaycan qazı nəql olunub Azərbaycan təbii qazını Bolqarıstana çatdıran Yunanıstan-Bolqarıstan birləşdirici boru kəməri (IGB) vasitəsilə kommersiya əməliyyatlarına başlanılandan bəri 983 milyon kubmetr "mavi yanacaq" nəql olunub.
Energetika
1 İyun , 2023 17:03
IGB vasitəsilə 1 milyard kubmetrə yaxın Azərbaycan qazı nəql olunub

Azərbaycan təbii qazını Bolqarıstana çatdıran Yunanıstan-Bolqarıstan birləşdirici boru kəməri (IGB) vasitəsilə kommersiya əməliyyatlarına başlanılandan bəri 983 milyon kubmetr "mavi yanacaq" nəql olunub.

“Report”un məlumatına görə, bunu IGB-nin layihə operatoru olan İCGB şirkətinin Bolqarıstan üzrə icraçı direktoru Teodora Qeorqiyeva bu gün işə başlayan Bakı Enerji Forumunda bildirib.

"IGB Cənub Qaz Dəhlizinin tərkib elementlərindən biridir və onun Avropa İttifaqı səviyyəsində əhəmiyyəti var. Kəmər ötən ilin oktyabrında istifadəyə verilib. Bu da o deməkdir ki, qeyd olunan infrastruktur vaxtında hazırlanıb, ona ehtiyac olan vaxtda qurulub", - deyə icraçı direktor qeyd edib.

Xatırladaq ki, Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB) Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağının istismarının II mərhələsi çərçivəsində hasil edilən “mavi yanacağın” Bolqarıstana nəqlini nəzərdə tutur. “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından 1 milyard kubmetr qazın tədarükü üçün “Şahdəniz” konsorsiumu ilə müqavilə imzalayıb. Azərbaycanın təbii qazı Bolqarıstanın tələbatının 25-30 %-ni ödəyə biləcək.

Ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 150 kilometrlik hissəsi Bolqarıstan ərazisindən keçir. Boru kəmərin illik ötürücülük qabiliyyətinin 3-5 milyard kubmetr olacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi